Bu gün AÇ-2024-ün final mərhələsinə vəsiqə uğrunda pley-off oyunları keçiriləcək.

"Unikal" xəbər verir ki, Millətlər Liqası xəttindən daha 3 komanda final mərhələsinə vəsiqə qazanacaq.

Yarımfinalda A Liqasında Polşa - Estoniya, Uels - Finlandiya, B Liqasında  Bosniya və Herseqovina - Ukrayna, İsrail - İslandiya, C Liqasında Gürcüstan - Lüksemburq, Yunanıstan - Qazaxıstan qarşılaşmaları baş tutacaq. 

Qeyd edək ki, finallar isə martın 26-da olacaq. Finalın üç qalibi qitə birinciliyində mübarizə aparmaq hüququna sahib çıxacaq.

AÇ-2024, pley-off

A Liqası

23:45 Polşa - Estoniya
23:45 Uels - Finlandiya

B Liqası

23:45 Bosniya və Herseqovina - Ukrayna
23:45 İsrail - İslandiya

C Liqası

21:00 Gürcüstan - Lüksemburq