Türkiyəli məşhur prodüser Arif Keskiner vəfat edib.

"Unikal" xəbər verir ki, o, 86 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, A.Keskiner "Kapıcılar kralı", "Köşeyi dönen adam", "Maden", "Selvi boylum al yazmalım" kimi bir çox ekran işinin prodüseri olub.