Azərbaycanda "Lada" avtomobilləri istehsal oluna bilər.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, Rusiyanın "AvtoVAZ" şirkəti Azərbaycanda "Lada" markalı avtomobillərin istehsalına başlamaq üçün danışıqlar aparır.

"AvtoVAZ" şirkətinin prezidenti Maksim Sokolov deyib ki, şirkət yazda bu məsələ ilə bağlı müsbət xəbərlər olacağına ümid edir.