Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, son sutkada infeksiyaya 2 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 5 nəfər sağalıb, ölən yoxdur.

İndiyədək ölkədə ümumilikdə 831 950 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 660 nəfər müalicə olunaraq sağalıb, hazırda 7 aktiv xəstə var. Bu günə qədər 10 283 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 365, bu günə qədər isə ümumilikdə 7 644 849 test icra olunub.