Bu gün Rusiya Litva və Polşa ilə həmsərhəd olan Kalininqrad vilayətinə “Kinjal” hipersəs raketləri olan üç MiQ-31 təyyarəsini köçürüb.

"Unikal" xəbər  verir  ki,  bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki,  onlar təyyarələri “strateji çəkindirmə üzrə əlavə tədbirlər çərçivəsində” yerləşdiriblər.

“Əlavə strateji qarşısının alınması tədbirlərinin həyata keçirilməsi çərçivəsində “Kinjal” hipersəs raketləri olan 3 ədəd MiQ-31İ təyyarəsi Kalininqrad vilayətindəki Çkalovsk aerodromuna köçürülüb”, - Rusiya Federasiyasının Müdafiə Nazirliyindən bildirilib.