Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina deyib ki, Moskva və Pxenyan “bütün konstruktiv ikitərəfli əlaqələrin daha da genişlənməsini” təmin etmək üçün birlikdə çalışacaqlar.

"Unikal" xəbər verir  ki, bu barədə Şimali Koreyanın CTAK Dövlət Agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, Şimali Koreyada qeyd olunan Qurtuluş Günü münasibətilə Kim Çen Ina məktubunda Putin yaxın münasibətlərin hər iki ölkənin maraqlarına uyğun olduğunu və Koreya yarımadasında və Şimal-Şərqi Asiyada təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə kömək edəcəyini vurğulayıb.  

Kim Çen In Putinə məktub da göndərib və orada Rusiya-Şimali Koreya dostluğunun İkinci Dünya Müharibəsi illərində Koreya yarımadasını işğal edən Yaponiya üzərində qələbə ilə qurulduğunu qeyd edib.

Gülayə  Mecid