Türkiyə Krım tatarlarına uzunmüddətli yaşayış icazəsi verməyə başlayıb.

"Unikal" xəbər verir ki,  bu barədə daxili işlər naziri Süleyman Soylu əmr verib.

“Avqustun əvvəlindən Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti Krım tatarlarına “türk köklü həmvətən” statusunu tanıyaraq onlara uzunmüddətli yaşama icazəsi verməyə başlayıb. Əvvəllər Ahıska türkləri, uyğurlar, Bolqarıstan və Yunanıstandan olan etnik türklər bu statusa düşürdülər.