Ukrayna hərbçiləri ölkənin nüvə obyektlərinə hücum edib.

"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Nüvə Silahlarının Yayılmaması və Silahlara Nəzarət Departamentinin direktor müavini İqor Vişnevetski deyib. 

Onun sözlərinə görə, ukraynalı diversantlar Zaporojye atom elektrik stansiyasına bitişik binadan atəş açıblar: "Bir qədər sonra, Ukrayna hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasında işlənmiş yanacaq soyutma sistemini qidalandıran ötürücü xətti partladıblar". 

O, qeyd edib ki, Ukrayna tərəfinin növbəti hücumu aprelin 27-də baş verib. Sonra hərbçilər Zaporojye stansiyası istiqamətinə iki pilotsuz təyyarə göndəriblər. Onlardan biri Enerqodar şəhəri yaxınlığında vurulub. Hər iki təyyarə hücum təyyarəsi sistemləri idi.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri iyulun 18-i və 20-də Zaporojye AES-ə daha iki hücumu müşahidə edilib. 

Ağarza Elçinoğlu