Mən Çin prezidenti ilə birbaşa danışmaq istərdim. Bu danışıqların faydalı olacağını düşünürəm. 

"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "South China Morning Post" qəzetinə müsahibəsində deyib. 

O, qeyd edib ki, Ukraynadakı mövcud vəziyyəti müzakirə etmək üçün Çin prezidenti Si Cinpinlə şəxsi söhbət etmək istəyir. Onun fikrincə, Pekin Moskvaya təsir göstərərək, onu xüsusi hərbi əməliyyatı dayandırmağa məcbur edə bilər.

Zelenski Çini güclü iqtisadiyyata malik və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan güclü dövlət adlandırıb. Ukrayna prezidenti vurğulayıb ki, Çin bazarının itirilməsi Moskva üçün böyük zərbə olacaq.

Ağarza Elçinoğlu