Meksikanın şimalındakı Koaula ştatında kömür mədəni çöküb, dağıntılar altında təxminən doqquz şaxtaçı ola bilər.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin prezidenti Andres Manuel Lopes Obrador "Twitter" səhifəsində məlumat yayıb.

Aidiyyəti orqanlar Müdafiə Nazirliyinin onlarla insanı və dörd kinoloji briqadasını cəlb etməklə axtarış-xilasetmə əməliyyatına başlayıb. Hadisənin mümkün səbəbləri barədə məlumat verilmir.