Türkiyənin Şırnak bölgəsində Çakırsöğüt Jandarma Briqada Komandanlığında silah-sursat anbarında sayma işləri aparılarkən partlayış baş verib. 

"Unikal" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 əsgər yaralanıb. 

Şırnak valisi Osman Bilgin hesablama və nəzarət zamanı şəxsi heyətin diqqətsizliyi nəticəsində "DM-16" işıqlandırma sursatının alovlanaraq partladığını və nəticədə yanğının baş verdiyini bildirib.

Yanğına 22 yanğınsöndürən texnika və 80 nəfər canlı qüvvə cəlb olunub. 

Ağarza Elçinoğlu