Hindistanda evli cütlüyün nikah müqaviləsindəki qəribə bəndlər diqqət çəkib.

"Unikal" xəbər verir ki, Şanti və Mintu cütlüyünün imzaladığı müqavilədə "Ayda yalnız bir dəfə pizza yemək, idmana ara verməmək və yaxşı fotolar çəkdirmək" kimi bəndlər var.

Nikah müqavilələrinin daha çox iqtisadiyyatla bağlı olduğu məlum idi. Mümkün bir ayrılıq halında əmlak bölgüsünü əvvəlcədən müəyyən etmək istəyən cütlüklərin istifadə etdiyi bu metodun tamamilə fərqli versiyası Hindistanın Assam şəhərində baş tutan toyda tətbiq edilib.

Sosial mediada yayılan görüntülərdə gənc cütlük üzərində “Müqavilə” yazısı olan böyük bir kartona imza atıblar.Qısa müddətdə sosial mediada yayılan görüntülərdən sonra nikah müqaviləsi ilə bağlı açıqlama verən toya gələn qonaqlardan biri müqavilənin maddələrini gəlinin formalaşdırdığını və bəyin bu vəziyyəti qəbul etdiyini bildirib.

Bəy və gəlin böyük karton kağıza hamının gözü qarşısında öz adlarını imzalayırdılar.