Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi virusu ilə bağlı qərarını açıqlayıb.

"Unikal" xəbər verir ki, ÜST xəstəliyin yayılmasını yüksək xəbərdarlıq pilləsi elan etməyib və beynəlxalq səviyyəli fövqəladə vəziyyət kimi dəyərləndirməyib.

Bildirilib ki, ÜST qərarını təşkilatın fövqəladə hallar komitəsinin tövsiyəsi əsasında verib.

Məlumata görə, qərardan öncə təşkilatın fövqəladə hallar komitəsi bir neçə gün davam edən müzakirələr aparıb. Müzakirələrin sonunda qərar qəbul olunub.