Ukraynalı əsgərlər vurulmuş Rusiyaya məxsus Ka-52 döyüş helikopterindən C-8 raket buraxılış qurğusunu Mitsubishi L200-ə quraşdırıblar.

"Unikal" xəbər verir ki, yeni silahlardan istifadənin təfərrüatları və videoları Ukrayna Müdafiə Nazirliyinin "Twitter" səhifəsində yer alıb.

“Beləliklə, indi Rusiya silahları həqiqətən etibarlı əllərdədir. Ukrayna əsgərləri vurulmuş Rusiyaya məxsus Ka-52 helikopterindən raket buraxılış qurğusunu maşınlarına quraşdıraraq işğalçılara qarşı istifadə edirlər. Mitsubishi L200 üçün ukraynalı könüllülərə təşəkkür edirik. Amma biz hələ də HIMARS və M270-i gözləyirik”, - deyə Müdafiə Nazirliyinə yazıb.

Gülayə  Mecid