Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 273 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 352, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 800, üç və daha çox doza vaksin vurduranların sayı 1 922, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 199 nəfərdir.