İtaliyanın Ermənistandakı səfiri Alfonso Di Rizo yol qəzasına düşüb.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, hadisə İrəvanda Beyrut və Qriqor Lusavoriç küçələrinin kəsişməsində baş verib.

Belə ki, “Mercedes” və səfirin içərisində olduğu “Audi” markalı avtomobillər toqquşub.

Ermənistan Polisinin mətbuat xidmətindən yol qəzasında xəsarət alan şəxsin kimliyi barədə məlumat verilməyib. Sadəcə olaraq qeyd olunub ki, “Audi”nin 57 yaşlı sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.