Rusiya Dövlət Dumasının Liberal Demokrat fraksiyasına yeni rəhbər təyin olunub. 

"Unikal" TASS-a istinadən xəbər verir ki, yeni rəhbər parlamentin aşağı palatasının beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Leonid Slutskidir.  

"Dövlət Dumasında LDPR deputatları səs çoxluğu ilə Leonid Slutskini fraksiyanın daimi rəhbəri seçdilər", - fraksiyanın mətbuat katibi Aleksandr Dupin bildirib.

Dövlət Dumasının plenar iclası ərəfəsində Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin parlament səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Bildirək ki, o, aprelin 6-da uzun sürən xəstəlikdən sonra 75 yaşında  dünyasını dəyişib. Yeni partiya liderini seçəcək Liberal Demokrat Partiyasının növbədənkənar qurultayı mayın 27-nə təyin edilib. Bu, Liberal Demokrat Partiyasının 30 ildən artıqdır ki, qurucusu və daimi lideri olmadan keçiriləcək ilk qurultayı olacaq.

Gülayə Mecid