İranın İlam əyalətində silahlı naməlum şəxs dövlət idarəsində insanları girov götürüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  silahlı şəxs insanlara atəş açaraq 4 nəfəri öldürüb, 5 nəfəri yaralayıb. Daha sonra o intihar edib. 

Hadisə yerinə polis və təhlükəsizlik qüvvələri gəlib.  Ölən və yaralanan şəxslərin idarənin işçiləri olduğu açıqlanıb.

Faktla bağlı araşdırma aparılır.