Almaniyada keçiriləcək futbol üzrə 2024-cü il Avropa çempionatının final mərhələsinin təqvimi açıqlanıb.

"Unikal" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, turnirin açılış oyunu iyunun 14-də Münhendəki "Alyans-Arena"da keçiriləcək.

Final qarşılaşması isə iyulun 14-də Berlindəki "Olimpiaştadion" arenasında gerçəkləşəcək.