Kiyevin bəyanatlarından belə nəticə çıxır ki, onların danışıqlara ehtiyacı yoxdur.

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

XİN rəhbəri onu da bildirib ki, Ukrayna ilə danışıqlar artıq dalana dirənib: "Ukraynanın bu imkanlarla necə əlaqəsi olduğuna gəlincə, hər gün Ukraynanın müxtəlif növ nümayəndələrinin, o cümlədən prezident və onun müşavirlərinin bu danışıqlara ümumiyyətlə ehtiyac duymadıqlarını bildirən bəyanatlarını eşitmək mənim üçün çox qəribədir", - nazir Moskvada mətbuat konfransında deyib .

Ağarza Elçinoğlu