“Hazırda COVID-19-dan ölüm faizi pandemiya başlayandan ən aşağı səviyyəyə düşüb”.

Bunu "Unikal"a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç bildirib.

O hesab edir ki, bununla belə, sayıqlığı əldən vermək olmaz.

ÜST koronavirusun yeni ştamlarının, o cümlədən rekombinatlarının meydana gəlməsi ehtimalını istisna etmir.

“ÜST-ün məqsədi 2022-ci ilin ortalarınadək bütün ölkələrdə əhalinin 70%-nin peyvəndlənməsini təmin etməkdir. Bu zaman əsas üstünlük tibb işçilərinə, yaşlılara və digər risk qruplarına verilir”, - o deyib.