"Nüvə silahının istifadəsi təhlükəsi bəşəriyyətin 40 ildir görmədiyi həddə çatıb".

Unikal.org xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.

O, planetdə təxminən 14 min nüvə silahının olduğunu və sayının azalmasına baxmayaraq, yeni silah yarışının həyəcan verici əlamətlərinin müşahidə olunduğunu qeyd edib.

Quterreş nüvə təhlükəsinin azaldılması istiqamətində dünyada müsbət tendensiyalar da görür:

"Rusiya Federasiyası və ABŞ-ın START III müqaviləsini uzatmaq və strateji dialoqa başlamaq qərarı müsbət addımdır".