Türkiyəli  sənətçi İbrahim Tatlısəs 2 ay 15 gün azadlıqdan məhrum edilə bilər. 

Unikal.org  xəbər verir ki,  buna səbəb  müğənninin "Tatlıses TV"nin baş meneceri Fulya Akbay Toprakı hədələdiyi və təhqir etməsidir. Bundan sonra Fulya Tatlısəsi  məhkəməyə verib.  Menecerin 4  il həbs istədiyi  müğənni  barəsində açılan dava yekunlaşıb. 

Belə ki, İbrahim Tatlısəs  xanım meneceri  təhqir  etməsinə  görə  740 TL cərimə  ödəyəcək. Bununla yanaşı onun həbs müddəti 2 ay 15  günlə qərarlaşıb.