Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə  47 475 vaksin vurulub.

Unikal.org xəbər verir ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30 972  , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 503 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 418 243, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 160 484, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə  2 257 759 nəfər təşkil edir.