Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması, karantin qaydalarına riayət olunması, əhalinin peyvəndlənməyə cəlb olunması, onların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həyata keçirilən kompleks tədbirlər Nərimanov rayonunda da ardıcıl davam etdirilir.

Unikal.org xəbər verir ki, Operativ Qərargah tərəfindən verilmiş qərarların icra vəziyyətini yoxlamaq məqsədilə Nərimanov Rayon İcra Hakimiyyəti yanında yaradılmış Operativ Qərargahın nəzdində olan mobil qruplar fəaliyyətlərini davam etdirir.

Mobil qruplar gündəlik olaraq rayon ərazisində fəaliyyət göstərən  ictimai-iaşə, ticarət müəssisələrində, şadlıq saraylarında, bazarlarda, bərbərxana, gözəllik salonları və digər obyektlərdə, əhalinin sıx toplaşdığı ərazilərdə, məhəllələrdə fərdi izahetmə-xəbərdarlıqişləri aparırlar. Reydlər zamanı işçilər və sakinlərlə maarifləndirici söhbətlər aparılır, insanlar arasında sosial məsafənin gözlənilməsi, qapalı məkanlarda fərdi qoruyucu vasitələrdən istifadə etmələri barədə lazımi tövsiyələr verilir, peyvənd olunmalarının vacibliyi vurğulanır. 

"Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Nərimanov rayonunda COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvəndlənməyə cəlb olunması prosesinin də yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülür. Belə ki, mobil qrupların üzvləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın  26.07.2021-ci il tarixli qərarına əsasən COVİD-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatı tələb olunan iş və xidmət sahələrində çalışanların peyvəndlənməsi üçün müəssisə və təşkilatlarda olur, maarifləndirici söhbətlər aparır, dövlətimiz tərəfindən həyata keçirilən peyvəndlənmə tədbirində vətəndaşlarımızı həmrəylik nümayiş etdirməyə çağırırlar. Onu da qeyd edək ki, bu günə qədər Nərimanov  rayonu  üzrə ümumilikdə 110.000-dən artıq şəxs rayonun müxtəlif tibb müəssisələrində COVİD-19 infeksiyasına qarşı birinci doza üzrə peyvənd olunmuşdur. Sakinlərlə ünsiyyət zamanı onlar vaksinlə təmin olunmuş ölkələr sırasında Azərbaycanın ilk pillələrdə olduğunu bildiklərini, onların ödənişsiz peyvənd olunması üçün yaradılmış şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürlərinin bildirirlər.

Həmçinin rayon Polis İdarəsinin əməkdaşları ilə birgə şadlıq saraylarında və restoranlarda keçirilən toy mərasimlərinə qatılan vətəndaşların COVİD-19 pasportlarının olub-olmamasına, qonaqlaın say məhdudiyyətinə və qoyulmuş digər qaydaların riayət olunmasınaciddi nəzarət edilir.

Karantin rejimi dövründə mobil qruplar tərəfindən reydlərin keçirilməsi gündəlik olaraq davam etdiriləcəkdir.