İsrail parlamentində gərgin anlar yaşanıb. 

Unikal.org xəbər verir ki, Birləşmiş Ərəb siyahısı blokunun üzvü, fələstinliləri müdafiə edən millət vəkili Əhməd et-Tybi, parlamentdə çıxışı zamanı onu "terrorçu" adlandıran deputatı  parlamentdən qovub. 

Belə ki, keçirilən iclas  zamanı  keçmiş baş nazir  Benyamin Netanyahunun tərəfdarı  olan  millət vəkili  Ben-Qvir,  Əhmədi "Suriya Parlamentinin üzvü olmalı bir terrorçu" olaraq  xarakterizə edib. Bundan sonra o , Əhməd et-Tybi tərəfindən parlamentdən qovulub.