Hindistanın şimalında Himaçal-Pradeş ştatında körpünün çökməsi nəticəsində 9 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə “ANI” xəbər portalı yerli polisə istinadən məlumat yayıb.Bildirilib ki, körpünün sıradan çıxmasına son günlər davam edən daşqınlar  səbəb olub. Yaxınlıqdakı qayalıqdan torpaq sürüşməsi nəticəsində sal daşlar aşağı yuvarlanaraq körpünün sütunlarını sıradan çıxarıb.

Hadisə zamanı körpüdən keçən avtomobillərdə olan sərnişinlərdən 9-u ölüb, 3-ü yaralanıb.