İranda ötən sutka ərzində 434 nəfər koronavirusdan (COVID-19) ölüb.

Unikal.org-un məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 70 966 nəfərə yüksəlib.

Ötən 24 saat ərzində 21 713 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 459 906 nəfərə çatıb. Virus daşıyıcılarından 5 338 nəfərin vəziyyəti ağır qiymətləndirilir.