Ermənistanda son sutkada koronavirusa 808 yoluxma qeydə alınıb.

Unikal.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 214 872-yə çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 13 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 071 nəfərə yüksəlib.

Koronavirusa yoluxan 196 289 nəfər sağalıb. Hazırda 13 503 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.