İsrail Müdafiə Qüvvələri hərbi qulluqçuları Livandan ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatını vurublar.

Unikal.org xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

"Bir müddət əvvəl İsrail hərbi qulluqçuları "mavi xəttin" şərq hissəsində Livandan İsrailin hava məkanına daxil olan pilotsuz uçuş aparatını vurublar" - məlumatda qeyd olunub.