Türkiyənin İzmit şəhərində Qazaxıstan konsulluğuna məxsus xidməti avtomobil qəzaya uğrayıb.

Unikal.org xəbər verir ki, hadisə Şimali Mərmərə avtomagistralında baş verib.

Məlumata görə, İstanbul istiqamətində hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib. Qəza nəticəsində 3 nəfər həlak olub.

Faktla bağlı araşdırma aparılır.