Türkiyə Böyük Millət Məclisi ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı çıxışını pisləyən bəyanat yayımlayıb.

Unikal.org xəbər verir ki, bəyanatı parlamentdə təmsil olunan partiyalardan Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) imzalayıb.

Bəyanatda deyilir: "ABŞ prezidentinin 1915-ci il hadisələri ilə bağlı erməni diasporunun iddialarını əks etdirən açıqlamalarını şiddətlə pisləyirik".