Rusiyada son sutka ərzində koronavirusa 8053 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 779 425 nəfərə çatıb.

Rusiyada son sutkada 392 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 108 980 nəfərdir. İndiyə qədər 4 402 678 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.