Türkiyədə son sutka ərzində 353 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 37 min 312 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 4 milyon 667 min 281, pandemiya qurbanlarının sayı isə 38 min 711 nəfərə çatıb.

Türkiyədə indiyədək 4 milyon 121 min 671 pasiyent (son sutkada 48 min 27 nəfər) sağalaraq evə buraxılıb.