“Baydenin 1915-ci il hadisələrilə bağlı bəyanatının heç bir hüquqi və tarixi əsası yoxdur, amma bu, Türkiyə-ABŞ münasibətlərini zəhərləyəcək xarakterdədir”.

Unikal.org xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop özünün “twıtter” səhifəsində bunu yazıb.

TBMM sədri bildirib ki, siyasi hesablamaların məhsulu olan bu bəyanat da 1981-ci ildə Ronald Reyqanın səsləndirdiyi oxşar ifadə kimi Türkiyəyə heç bir zərər toxundurmayacaq. 

“ABŞ ən kirli keçmişi olan ölkədir”, deyə M.Şəntop qeyd edib.