Böyük Britaniyada son sutka ərzində 2061 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 403 170 nəfərə çatıb. 

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 32 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 417 nəfərə çatıb.