“Tarixin siyasətçilər tərəfindən sui-istifadə və inkaretmə vasitəsinə çevrilməsi sivilizasiyalarla millətlər arasındakı uçurumu dərinləşdirməklə yanaşı, nəsillərin qütbləşməsinə də yol açacaqdır. Bunun heç kimə və heç bir ölkəyə xeyri olmayacaq”.

Unikal.org xəbər verir ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı özünün “twıtter” səhifəsində bunu yazıb.

D.Baxçalı bildirib ki, 1910-cu illərdə erməni dəstələri vəhşiliklə uşaq, qadın və yaşlı demədən Anadolu coğrafiyasının hər yerində şiddət tətbiq edərək xain və vəhşi bir terror əməliyyatı icra ediblər: “1915-ci il hadisələri kürəyindən xəncər saplanan bir imperatorluğun təbii refleksi, doğru bir qərarı, tarazlı addımı idi. Üstəlik, deportasiya o dövrdə milli təhlükəsizlik üçün məcburi bir seçim idi. Burada soyqırımı izi axtaranlar türk millətinə düşmənçilik edən dairələrdir”, deyə MHP sədri vurğulayıb.