Yaponiyada ötən sutka ərzində yeni növ koronavirus (COVİD-19) 2 774 yoluxma halı qeydə alınıb.

Unikal.org -un verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 483 304 nəfərə çatıb.

Məlumata əsasən, son sutkada Yaponiyada koronavirusdan daha 7 nəfər ölüb, ölənlərin ümumi sayı 9 236 nəfər təşkil edir.

Bildirilir ki, ölkənin 47 prefekturası arasında ən çox yoluxma halı - 122 347 - paytaxt Tokioda qeydə alınıb.