Amerika Birləşmiş Ştatlarında son sutkada 69 822 nəfər koronavirusa yoluxub, 967 nəfər ölüb. 

Unikal.org-un RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb. 

Pandemiya başlayandan ABŞ-da 30,6 milyon nəfər virusa yoluxub, onlardan 554 min nəfər dünyasını dəyişib.