Ermənistanda növbəti zəlzələ hadisəsi baş verib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu dəfə hadisə Qeqarkunik vilayətinin Şorj yaşayış məntəqəsi yaxınlığında yaşanıb.

Rixter şkalası ilə 2 balla qiymətləndirilən zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində yerləşib. Ətraflı məlumat verilməyib.

Qeyd edək ki, bu gün Ermənistanın Sünik vilayətində də zəlzələ olmuşdu.