Rusiyanın Moskva vilayətinin Ramensk şəhərində mebel fabrikində yanğın olub.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin vilayət üzrə idarəsi yayıb.

Yanğın 8 min kv.metr sahəni əhatə edib. Yanğının söndürülməsinə 82 nəfər, 25 texnika cəlb edilib.