İsrail Qüdsün qala divarlarına Mərakeş bayrağı görüntülərini əks etdirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, addım Yerusəlim bələdiyyəsinin təşəbbüsü ilə atılıb. Bu, Mərakeş və İsrailin diplomatik münasibətlər qurmasının qeyd edilməsinə həsr olunmuş şənlikdə istifadə olunub. İsrailin bu addımı müsəlman ölkəsi olan Mərakeşə təşəkkür jesti kimi qiymətləndirilib və təqdir olunub.

Qeyd edək ki, İsrail müsəlman ölkələri ilə münasibətlərini düzəltməyə çalışır. Artıq bir neçə ərəb ölkəsi ilə diplomatik münasibətlər qurulub.