Azərbaycan ordusunun Dağlıq Qarabağdakı bölmələrinin uğurlu fəaliyyətləri nəticəsində Ermənistan qoşunları ciddi itki verib və cəbhənin müxtəlif istiqamətlərində geri çəkilmək məcburiyyətində qalıblar.

Unikal.org Armiya.az-a istinadən xəbər verir ki, erməni general-mayor Artak Tonoyan dünən gecə Qarabağda məhv edilib.

A.Tonoyan əvvəllər Ermənistan silahlı qüvvələrinin sülhməramlı qüvvələrinin briqadasına rəhbərlik edib.

O, oktyabrın 13-də Ermənistan Müdafiə Nazirliyi tərəfindən Qarabağa, cəbhəyə göndərilib və orada Azərbaycan ordusu tərəfindən məhv edilib