Bakıda YPX avtomobilinin yol hərəkəti qaydalarını kobud şəkildə pozmasının görüntüləri yayılıb.

Unikal.org  “oxu.az”a istinadən xəbər verir ki, video sosial şəbəkədə paylaşılıb.

Məlumata görə, Zabrat qəsəbəsində 99-YP-747 dövlət nömrə nişanlı, BMW markalı avtomobil 1.3 üfüqi nişanlama xəttinin tələblərini pozub.

Bu zaman yol polisi avtomobilinin sayrışan işıqları yandırılmayıb.

Həmin görüntüləri təqdim edirik: