Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Suriya parlamentinin qondarma “erməni soyqırımı”nı tanımasına münasibət bildirib.

Unikal.org xəbər verir ki, Türkiyə XİN rəsmisi Hami Aksoy 1915-ci ildə baş vermiş hadisələrin “soyqırımı” kimi tanınmasını ikiüzlülük adlandırıb.

Onun sözlərinə görə, qondarma qərarın qəbul edilməsi öz xalqına qarşı qətliamlar törədən, milyonlarla insanı öz yurdundan didərgin salan, günahsız insanlara qarşı kimyəvi silah tətbiq etmiş Bəşər Əsəd rejiminin riyarlığını və ikiüzlülüyünü göstərir.

Qeyd edək ki, bu gün Suriya parlamenti qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul edib.