Nyu-Yorkda bir küçəyə mərhum əfsanəvi boksçu Məhəmməd Əlinin adı verilib.

Boksçunun adı Manhettendə oyuna çıxdığı stadionun yerləşdiyi küçəyə verilib. Artıq həmin küçədə Məhəmməd Əlinin adı yazılan lövhə asılıb.

Xatırladaq ki, dünya boksunun əfsanəsi sayılan 74 yaşlı Məhəmməd Əli iyunun 5-i müalicə aldığı xəstəxanada dünyasını dəyişib.("Qafqazinfo" )