"Şimal Elektrik Stansiyasının ehtiyat blokunun transformatorunda yanğın baş verib və yanğın tez bir zamanda lokallaşdırılıb.

Bu barədə "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı Unikal.org-a açıqlamasında deyib.

Y.Babanlının sözlərinə görə, qəza elektrik enerjisi istehsalı prosesinə təsir etməyib:

"Baş verən hadisə nə Şimal Elektrik Stansiyasının işinə, nə də ümumi enerji sisteminin fəaliyyətinə heç bir təsir göstərməyib.