Oktyabrın 31-i gecə saatlarında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu 10-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu 6-11, dağlarda 0-5 dərəcə isti təşkil edəcək.