Beyləqan Rayon İcra Hakimiyyətinin yeni başçısı bu gün kollektivə təqdim edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev yeni başçı Asif Əzizağa oğlu Ağayevi kollektivə təqdim edib.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin sərəncamı Asif Əzizağa oğlu Ağayev Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Beyləqan rayonuna icra başçısı təyin edilib.

Famil Fərhadoğlu