Bu gün Azərbaycan Turizm və Menecment Universitetində İtaliya Respublikasında fəaliyyət göstərən Romualdo Del Blanko Fondunun baş katibi Simone Giomettti ilə görüş keçirilib. 

Unikal.org xəbər verir ki, rektor İlham Mədətov qonağa ATMU-nun tədris fəaliyyətinin başlıca aspektləri, beynəlxalq əlaqələr müstəvisində inkişaf yönümlü planlar barədə ətraflı məlumat verib. 

ATMU-Romuldo Del Blanko Fondu arasında mümkün əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi və inkişaf etdirilməsi məsələsi diqqətdə saxlanılıb. O cümlədən beynəlxalq təşkilatın gələcək tədbirlər planındakı müvafiq toplantılardan birinin məhz Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) keçirilməsi qərara alınıb.

Qeyd etmək lazımdır ki, adıkeçən beynəlxalq təşkilalatla 2015-ci ildən səmərəli əməkdaşlıqda maraqlı tərəfdaş sayılan ATMU qurumun müxtəlif vaxtlarda keçirilən tədbirlərində fəal iştirakçı kimi tanınıb.